“Qarabağ”da oynamaq üçün bunu etdim, yenə edərəm”

06.01.2020 | 5951 dəfə oxunub

“Qarabağ”dan ayrılan Asmir Beqoviçin İngiltərə Premyer Liqa təmsilçisi “Aston Villa” və ya “Vest Hem”ə keçidi baş tutmaya bilər.

Stadium.Az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Star” nəşri məlumat yayıb. İddia edilir ki, transferin bloklanması barədə qərar Asmirin müqavilə ilə məxsus olduğu “Borntmut” klubunun baş məşqçisi Eddi Hou verib.

Qeyd edək ki, Hou ilə Beqoviç arasında uzun müddətdir problemlər var. “Bornmut” turnir cədvəlində “Aston Villa” və “Vest Hem”in ən yaxın izləyicisidir. Eddi Hounun məhz buna əsas gətirərək Beqoviçin transferini əngəllədiyi bildirilir.

Qəzet Beqoviçin “Borntmut”dan getməyə israrlı, daimi oynamaq üçün hətta maaşının bir hissəsindən keçməyə hazır olduğunu yazıb. “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də edərəm” – deyə Beqoviçin belə bir fikir söylədiyi iddia olunur. Amma bu məsələdə klubun də futbolçuya kömək etməli olduğu qeyd edilib.

Əgər Beqoviçin transferi məsələsində əngəl aradan qalxmasa, bu halda “Aston Villa” və “Vest Hem”in yayda bosniyalı başqa bir qapıçı, hazırda “Erzusumspor”da oynayan İbrahim Şehiçi ala biləcəyi bildirilir. İyunda Türkiyə “Erzurumspor”u ilə müqaviləsi başa çatacaq futbolçunun azad agent kimi bu iki klubdan birinə keçəcəyi istisna olunmur. Həmin dövrdə Şehiçin bazar qiymətinin ingilislərə sərf edəcək qiymətə - 1.5 milyon funta düşəcəyi bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail