Messi: "Ronaldoyla mübarizəmiz insanların yaddaşında əbədi qalacaq"

16.01.2020 | 5726 dəfə oxunub

"Barselona"nın kapitanı Lionel Messi "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə aralarındakı rəqabət haqqında danışıb.

Stadium.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı ulduz insanların bundan zövq aldığını söyləyib:

"Bu, xüsusi bir rəqabət idi. Və insanların yaddaşında əbədi olaraq qalacaq. Çünki illərdir davam edir, onu belə bir səviyyədə uzun müddət saxlamaq asan deyil. Eləcə də dünyanın ən yaxşı komandalarında- "Real" və "Barselona"da çıxış etdik.

Düşünürəm ki, mübarizəmiz insanların yaddaşında əbədi qalacaq. Aramızdakı idman qarşıdurması şəxsi səviyyədə də xoş idi. "Barselona", "Real" azarkeşlərinin, hansı komandaya tərəfkeşlik etdiyindən asılı olmayaraq, bütün insanların zövq aldığını düşünürəm. Əlbəttə ki, Kriştiano "Real"da oynayanda "El-Klassiko" xüsusi idi. "Real"la matçlarımız həmişə vacib olur. Amma Ronaldo ilə daha da xüsusi idi. Bunlar keçmişdə qalıb. İndi irəliləməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail