"Yuventus" "Barselona" ilə futbolçu dəyişmək istəyir

18.01.2020 | 4796 dəfə oxunub

"Yuventus" "Barselona" ilə oyunçu mübadiləsində maraqlıdır. Stadium.Az xəbər verir ki, bu barədə “La Repubblica” bildirib.

Məlumata görə, "Yuventus" qarşı tərəfə özünün yarımmüdafiəçisi Federiko Bernardeskini təklif edib. Əvəzində İtaliya çempionu Katalon klubunun yarımmüdafiəçisi İvan Rakitiçi almaq istəyir.

"Yuventus"un baş məşqçisi Maurisio Sarri bu razılaşmanı bəyənib. Ötən yay "Yuventus" "Barselona"ya yarımmüdafiəçilərin mübadiləsini təklif edib, ancaq İspaniya çempionu sazişdən imtina edib.

Rakitiç "Barselona"ya 2014-cü ilin yayında Sevilla-dan keçib. Yarımmüdafiəçi Katalon klubunun heyətində 287 matçda 34 qol vurub.

Bernardeski "Yuventus"un heyətində 2017/2018 mövsümündən çıxış edir. Oyunçu Turin klubunda 89 matç keçirib və 9 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail