Foqts Vaqifi Cihan Özkara ilə əvəzləyir - MÜSAHİBƏ

16.02.2012 | 5102 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun müsahibəsi: 
 
- “Sumqayıt” – “Neftçi” matçının ilk yarısını necə qiymətləndirərdiz?
- Birinci hissə o qədər də fəal keçmədi. Oyunçular fiziki formalarını tam bərpa edə bilməyiblər. Bunun üçün vaxt lazımdı. Topla davranışları da ideal deyildi. Bütün bunlar hər iki komandaya aiddi.
 
- Vaqif Cavadovun yığmaya qayıtmaq şansını necə dəyərləndirərdiz? Sizcə, onunla bağlı diskvalifikasiyanın müddətini azaltmaq lazımdı?
- Mən Cavadov haqda danışmaq istəmirəm. Zəhmət olmasa, bu barədə suallar verməyin.
 
- Onda Dubay toplanışı barədə danışaq. Premyer Liqadakı həmkarlarınızı da ora dəvət etməkdə məqsədiniz nədi?
- Mən ordakı bir həftəni öz həmkarlarımla birgə keçirmək istəyirdim. Axı yığma komanda onlar üçün də vacibdi. Bütün bunlar yığmanın adına edilir. Bu toplanış bizim münasibətlərimizi də möhkəmləndirə bilər. Fikrimcə, onların hamısına bu toplanış maraqlı olacaq. Məsələn, mənə İngiltərə və İtaliya klublarının oyunçularına keçirilən məşqlər çox maraqlıdı.
 
- Bəzi məşqçilərin bu toplanışa qatılmaqdan imtina etməsindən xəbərdarsız?
- Mən bu haqda heç nə bilmirəm. Amma onları başa düşürəm. Çempionatda mübarizənin qızğın dövrüdü. Məşqçilər belə bir dövrdə komandalarını diqqətdən kənarda qoymaq istəmirlər. Ümid edirəm ki, gələcəkdə bizim yenə birgə toplanışlarda iştirak etmək imkanımız olacaq.
 
- Siz bu toplanışı çempionatın ən qızğın dövründə təşkil etmisiz. Nigeriya və Şotlandiyada da belə edirdiz?
- Nigeriya yığmasının aparıcı futbolçuları Avropa klublarına çıxış edirdilər. Onların belə toplanışlar nəyinə lazım idi ki? Sizin oyunçular isə Azərbaycan çempionatında çıxış edirlər.
 
- Bu toplanışda yeni futbolçular görəcəyik?
- Olacaq. Sentyabrdan klubları izləyirik. Fikrimcə, qarşıdakı toplanışda bəzi gənc futbolçulara şans verilməlidi.
 
- Onların arasında Araz Abdullayev də var?
- O, toplanışda olmayacaq. Mən ona hələlik öz komandasında möhkəmlənmək şansı yaratmaq istəyirəm. Əvvəllər mən onu çağırırdım. Onunla xeyli danışmışam, başa salmışam ki, öz üzərində işləməlisən. Yeri gəlmişkən, onun “Everton”dakı məşqçiləri ilə də əlaqə saxlayıram. Abdullayevin gələcəyi onların əlindədi.
 
- Cihan Özkaranı necə, onu əsas millidə görə biləcəyik?
- Onun komandamıza qoşulmasını istəyirəm. Buna görə onun məşqçisi ilə də danışmışam.
 
- Deyilənə görə Özkara məhz Cavadovu yığmada əvəzləyən futbolçu olacaq...
- Onları niyə müqayisə etdiyinizi bilmirəm. Mən komandanı götürəndə cəmi iki hücumçumuz var idi. İndi isə onların sayı 6-7-di. Millidə kimlər oynamaq istəyirsə, onlar da oynayır. Mən komandanı ən güclü futbolçulardan formalaşdırıram. Əgər kimsə “Tvente”nin, “Volqa”nın və yığmanın baş məşqçisinin rəhbərliyi altında oynamaq istəmirsə, onda o, heç nə edə bilməz.
 
- Toplanış zamanı yığmamız Fələstin, Sinqapur və Hindistanla qarşılaşacaq. Sizə elə gəlmir ki, rəqiblərimiz çox zəifdilər?
- Biz bir həftədə üç oyun keçirəcəyik. Komanda hələ öz əvvəlki formasından çox uzaqdı. Ona görə də biz məhz belə rəqiblər seçmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail