“Xəzər Lənkəran”ın malili futbolçusu tarixə düşdü

16.02.2012 | 4455 dəfə oxunub

“Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkara Azərbaycan milli çempionatları tarixinə düşüb. Stadium.az xəbər verir ki, Premyer Liqanın XX turunun AZAL-la oyununun 68-ci dəqiqəsində meydana daxil olan afrikalı yarımmüdafiəçi ölkəmizdə çıxış edən ilk Mali təmsilçisi olub. Məsələ ondadır ki, 1992-ci ildən keçirilən və ilk legionerin 1994/95 mövsümündə ayaq basdığı çempionatımızda heç vaxt bu ölkənin vətəndaşı oynamamışdı.

Bununla da Premyer Liqanın coğrafiyasına yeni bir ölkə əlavə olundu. Belə ki, Mali Azərbaycan çempionatlarında legioner futbolçu ilə təmsil olunan 66-cı ölkə kimi tarixə düşdü. Bu ölkə Afrika qitəsinin Premyer Liqamıza futbolçu ezam edən 18-ci məkanıdır. Malilinin debütünə kimi dünyanın 65, Afrikanın 17 ölkəsindən olan legionerlər klublarımızın heyətində çempionatımızda meydana çıxıb.

Bir zəruri məqamı da qeyd etmək lazımdır ki, legionerlərin bir qismi bir neçə ölkənin vətəndaşlığını daşıyıb.

Premyer Liqanın coğrafiyası

Avropanın 33 ölkəsi: Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan

Afrikanın 18 ölkəsi: Burkina Faso, Əlcəzair, Kabo Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis

Cənubi Amerikanın 6 ölkəsi: Argentina, Boliviya, Braziliya, Kolumbiya, Paraqvay, Uruqvay

Asiyanın 4 ölkəsi: Cənubi Koreya, İran, Özbəkistan, Türkmənistan

Şimali və Mərkəzi Amerikanın 4 ölkəsi: Honduras, Kosta-Rika, Meksika, Yamayka

Avstraliya və Okeaniyanın 1 ölkəsi: Avstraliya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail