Qara Qarayev: "Bu haqda mənim danışmağım doğru olmaz" - MÜSAHİBƏ

03.02.2020 | 5389 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistərin suallarını cavablandırıb:

- İkinci dövrəyə qələbə ilə başlamaq istəyirdik. Çünki çempionatda demək olar ki, zəif komanda qalmayıb. Bütün komandalar istənilən rəqibdən xal ala bilir və ya istənilən komandaya məğlub ola bilər. Biz də bunu dərk edirik. Çempionatın ikinci hissəsinin bizim üçün  xüsusilə çətin olacağını bilirik. Hər oyunda maksimum hədəfimiz 3 xal qazanmaqdır. Qələbə qolunu istər oyunun əvvəllərində, istər son dəqiqələrdə vurmağın fərqi yoxdur. Bizimçün vacib olan 3 xalı qazanmaqdır. Bu gün də 5 müdafiəçi ilə oynayan komandaya qarşı mübarizə apardıq. Həqiqətən də 5-li müdafiəyə qarşı oynamaq çətindir. Qapanırlar və şans vermirlər. Amma buna baxmayaraq, düşünürəm ki, lazımi qədər şanslarımız oldu. Allaha şükr olsun ki, oyunun sonuna az qalmış qələbə qolunu vurub, nəticə qazana bildik. Bu, bizim üçün çox əhəmiyyətli idi.

- "Səbail"ə qarşı iki matçınızda 80-ci dəqiqədə qapıya yol tapırsınız. Bu nə ilə bağlıdır? 80 dəqiqə ərzində hücum edən tərəf "Qarabağ"dır, amma son dəqiqələrdə qol vurursunuz.

- Qeyd etdiyim kimi, artıq çempionatdakı bütün komandalar müdafiə olunmağı yaxşı bacarır. Zəif komanda qalmayıb. İstənilən komanda bir az qapansa, liderlərdən xal ala bilər. Biz bunun önəmini bilirik. Bu rəqiblər də bizim üçün çətinlik yaradan komandalardır. Amma buna baxmayaraq bu gün məqsədimizə nail olduq.

- Riçard Almeydanın yoxluğu hiss olunmadı.

- Bilirsiniz, o, komandamız üçün vacib futbolçulardan biri olub. "Qarabağ"ın titullar qazanmasında əməyi olan oyunçulardandır. Riçardın gedişi komandada hansı vəziyyəti yaradacaq, oyunumuz alınacaq və ya alınmayacaq, düşünürəm ki, bu haqda danışmaq komanda yoldaşlarım üçün haqsızlıq olar. Bu, karyeradır, seçimini belə edib. Biz də çalışırıq ki, yoxluğunu hiss etdirməyək.

Təcrübəli futbolçusunuz və belə bir deyim var ki, ən yaxşı müdafiə elə hücumdur. Qeyd etdiniz ki, artıq komandalar müdafiə futbolu oynayırlar. Sizcə, 90 dəqiqə müdafiə futbolu oynamaq nə dərəcədə məntiqlidir? Sonda yenə də yorulub, boşluqlar verib, qapılarında top görürlər.

- Əlbəttə, əgər müdafiə olunmaq istəyirsənsə, top səndə olmalıdır. Çünki sən müdafiə olunduqca rəqib komandanın gücü daha da azalır, irəliyə çıxa bilmir. Bəzi komandalar var ki, oyununu rəqibə top verməklə qurur. Bəzi komandalar da var ki, topu özündə saxlamaqla oyun qurur. Düşünürəm ki, "Səbail" bu gün topu bizə verib, daha çox top itkilərindən yararlanmaq istəyirdi. Məncə, biz də daha yaxşı çıxış etdik. Bir növ əks-hücuma çıxmaqlarının qarşısını aldıq. Bu da daha çox bizim işimizə yaradı.

- Azərbaycanda belə bir deyim var ki, "Qarabağ"a qarşı açıq futbol oynamaq ağılsızlıqdır. Bəlkə, rəqiblər belə düşünürlər deyə, sizinlə qarşılaşmalarda müdafiə futbolu oynayırlar.

- Yəqin ki, cinah oyunçularımızın yaxşı fərdi keyfiyyətləri olduğu üçün belə deyirlər. Amma istənilən halda açıq futbol oyunu gözəlləşdirir, həm də qol imkanları yaradır.

- Növbəti turda "Qarabağ" - "Neftçi" derbisi haqqında nə fikirləşirsiniz?

- Açığı, hələ heç nə düşünmürəm. Evə gedib, istirahət edəcəyəm. Qarşıda 6 günümüz var. İnşallah, bu vaxt ərzində düzgün şəkildə fikirləşəcəyik.

- Oyun haqqında düşünməməyinizin səbəbi  əsas rəqibinizlə aranızda çox xal fərqi olmasıdır?

- Xeyr, sadəcə tələsmək, hansısa bir "eyforiya"ya qapılıb nəsə demək istəmirəm. Bizim işimiz çalışmaq, qalib gəlməkdir. "Neftçi"yə hörmət edirik, Azərbaycanın flaqmanıdır. Hələ 1 həftəmiz var. Düşünürəm ki, hazırlaşmaq üçün kifayət edəcək.

- Sizcə, "Neftçi"də baş məşqçi dəyişikliyi "Qarabağ"ın xeyrinə ola bilərmi?

- Bu haqda mənim danışmağım doğru olmaz. Hər halda "Neftçi"nin öz strategiyası, prezidenti var. Bu qərarları da yəqin ki, onlar qəbul edib. Biz heç kimin komandasında olan dəyişikliklərə baxmırıq. Öz komandamızda işimizi davam etdiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail