Nikola Yurçeviç: "Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi"

04.02.2020 | 5668 dəfə oxunub

"Açığı, Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım". Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibəsində deyib.

54 yaşlı mütəxəssis yığmadakı fəaliyyətindən də danışıb: Onun fikrincə, komandası bütün oyunlarda böyük addım atıb:

"Biz əlverişsiz rəqib idik. Seçmə tsiklin sonunadək daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası, reytinqimizi nəzərə alsaq, keyfiyyətlidir. Çempionat baxımından isə 8 komanda və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Fikrimcə, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi".

Artıq müqaviləsinin başa çatdığını bildirən Yurçeviç indi başqa ambisiyalarla yaşadığını söyləyib: "Zamanın nə gətirəcəyinə və qarşımda nəyi açacağına baxacağıq".

Nikola Yurçeviçin rəhbərliyi altında Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail