"Deviç və Rodriqes çox təcrübəlidir"

07.02.2020 | 5563 dəfə oxunub

“Uzun müddətdir davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geridönüş etməyi bacardıq. Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq".

Stadium.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Son bir neçə oyun idi ki, qol vura bilmirdik. Ancaq artıq iki hücumçumuz var. Deviç və Rodriqes çox təcrübəlidir. Ancaq onlar hələ 100 faiz hazır deyil. Buna baxmayaraq, meydanda nə edəcəklərini bilirlər. Gələcəkdə iki hücumçuyla oynaya da bilərik, oynamaya da. Hansı yaxşı hazır olsa, o, tək oynaya bilər. Bir şeyi əlavə etmək istəyirəm" - deyə o bildirib.

Xorvatiyalı mütəxəssis heç vaxt hakim haqda danışmadığını söyləyib: "Ancaq dünən "Real" - "Real Sosyedad" matçına baxdım. Oyunda hakim 3 dəfə VAR-a baxdı. Buna rəğmən, 5 dəqiqə əlavə etdi. Ancaq bu gün hakim 7 dəqiqə əlavə etdi. "Qəbələ"nin də oyunçularını təbrik edirəm, meydanda bacardıqlarını etdilər, 100 faiz gücləriylə oynadılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail