Qurban Qurbanov: "Komanda hələ tam hazır deyil"

09.02.2020 | 5254 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri oldu. Hər iki komanda epizodlarda ehtiyat edirdi və intizamlılığını göstərdi. Bu da çox önəmlidir. Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandır. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi.

- Hava şəraitinin dəyişəcəyi əvvəlcədən bilinirdi. Oyunun saatının gec olmasında PFL-lə məsləhətləşmə olmuşdu?

- Olmamışdı. Mən proqnoza inanmıram. Gec saatda oyun olanda futbolçu daha yaxşı hazırlaşa bilir. Hətta səhər məşq də edə bilir. Gündüz də eyni hava şəraiti olur. Mən oyunların gec saatlarında keçirilməsinin tərəfdarıyam.

- Komanda neçə turdan sonra sizin istədiyiniz səviyyədə olacaq?

- Bəli, komanda hələ tam hazır deyil. Adətən belə vəziyyətlərdə 3-4 oyundan sonra komanda formaya düşür. Bu da bəzilərinin daha yaxşı hazırlıqlı, digərlərinin aşağı hazırlıqlı olması ilə bağlıdır. Bəzən zədə olur, bəzən kiməsə daha çox istirahət veririk. Nə qədər hazır olmasa da, futbolçu xarakter göstərirsə, yaxşı oynaya bilər. Hər oyundan sonra 6-7 günlük fasilə olur. 3-4 turdan sonra komanda daha dinamik hala düşəcək.

- Sonuncu dəfə hansı dönəmdə ardıcıl iki oyunu eyni heyətlə keçirmisiniz?

- Bunu xatırlamıram. Mən “11-liy”i çox da dəyişmirəm. Avrokubok matçları zamanı belə dəyişikliklər olur. Nadir hallarda dəyişikliklər edirəm. Statistikaya baxacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail