Avtoqolla reallaşan yubiley qolu

09.02.2020 | 5695 dəfə oxunub

Azərbaycan Premyer Liqasında növbəti yubiley qolu qeydə alınıb. Stadium.Az xəbər verir ki, cari çempionatda 150-ci qol qış fasiləsindən ikinci turda vurulub.

Bu, fevralın 7-də XVI turun açılış matçı olan “Sabah” – “Qəbələ” görüşünə (3:2) təsadüf edib. Özü də maraqlıdır ki, yubiley qolu avtoqolla reallaşıb. Belə ki, “Qəbələ”nin qış transferi, Masazırdakı matçda fasilədən dərhal sonra meydana çıxan yarımmüdafiəçi Ehtiram Şahverdiyev 64-cü dəqiqəqə topu öz qapısından keçirib. Bununla da 24 yaşlı futbolçunun yetirməsi olduğu “Qəbələ”nin əsas komandasında ilk qolu avtoqolla olub.

Cari mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub. Bu çempionatın 100-cü qolu da “Sabah”ın ev matçına təsadüf etmişdi. Bu, XI turun noyabrın 10-da baş tutan “Sabah” – “Sumqayıt” görüşü idi. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son topun müəllifi, qonaqların yarımmüdafiəçisi 90+5-ci dəqiqədə Əmir Ağayev 100-cü qola imza atan olmuşdu.

Ümumilikdə bu çempionatda keçirilən 64 matçda 102 qol vurulub. Orta məhsuldarlıq 2,42-yə bərabərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail