Emil Balayev Norveç klubunda qalacaq?

28.02.2020 | 581 dəfə oxunub

Millimizin qapıçısı Emil Balayev Norveçin "Bude-Qlimt" klubunda baxışdadır. Stadium.Az xəbər verir ki, bunu komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad "Avisa Nordland" nəşrinə açıqlamasında təsdiqləyib.

O, bir müddətdir Balayevi izlədiklərini bildirib: "Emilin son illər Qazaxıstan və Azərbaycan klublarında yaxşı oyun təcrübəsi var. Həmçinin Avropa çempionatının seçmə mərhələsinin son matçlarında Azərbaycan millisinin qapısını qoruyub. Yaxından tanış olmaq üçün onu bura dəvət etdik".

Norveçli məşqçi Emilin hələlik komandada məşq etdiyini və qarşıdakı günlərdə onun haqqında qərar veriləcəyini əlavə edib: "Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin bu gün komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik".

Emil Balayev qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ