Simeone: "Barselona"nın Messisi, bizim də Oblakımız var"
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Stadium.Az xəbər verir ki, o, oyun haqda belə danışıb:
"4-5-1 sxeminə keçmək bizə əks-hücumlar üçün epizodlar yaratmağa imkan verməli idi və belə də oldu. Topu rəqibimizə verərək oynamağı seçdik. Onlar nə qədər irəli gəlsə də, biz də onları dayandırdıq. Buna görə çox xoşbəxtəm. Bu tarixi stadionda rəqibimizin möhtəşəm oyununa qarşı qalib gəlmək böyük sevincə səbəb olur.
Biz yenidən Avropada səkkiz ən yaxşı komandası arasındayıq. Çox gözəl bir gecə oldu. Liorentenin fərqlənməsinin ən böyük səbəbi "Liverpul"un ikinci qolu vurması oldu. Bu qələbə qazanmağımız üçün bəsit səbəb kimi görünə bilər, ancaq belə deyil.
Azarkeşlər də onlara dəstək olurdular. Ancaq biz "Liverpul"u keçə bildik. Futbolda oyunu rəqib üçün çətinləşdirmək lazımdır. Saviç, Lodi, Felipe, Feliks, Kosta və digər futbolçular bütün gücləri ilə çalışdılar. Biz hətta onların ikinci qolundan sonra təslim olmadıq və özümüz fərqləndikdə xüsusi bir şey hiss etdik.
Onun dünyanın ən yaxşı qapıçısı olmasına heç bir şübhəm yoxdur. O, bizim üçün vacib oyunçudur. "Barselona"nın Messisi, bizim də Oblakımız var. Onun çıxışı nəticəyə təsir edir. Oblak buna görə də layiq olduğu yerdədir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |