Dieqo Simeone yenidən "Qarabağ"ı yada saldı

12.03.2020 | 3215 dəfə oxunub

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri matçları xatırladıb.

Stadium.Az xəbər verir ki, argentinalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra Ağdam klubuna qarşı görüşləri də yada salıb:

"Bu günlərdə biz "Sevilya"ya qarşı oynayırdıq. Həmin görüşdə qapılara 17 zərbə vurduq, amma qələbə qazana bilmədik. "Qarabağ" bizi Çempionlar Liqasından kənarlaşdırmışdı. Xatırlayırsınız? Bu futboldur. Əsas məsələ rəqibin zəif tərəflərini müəyyən etməkldir. Biz də "Liverpul"la görüşdə bunun öhdəsindən əla gəldik".

2017/2018 mövsümündə qrup mərhələsindəki hər iki matçda "Qarabağ"a qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail