Çempionlar Liqasının iki oyunu təxirə salındı

12.03.2020 | 3030 dəfə oxunub

Çempionlar Liqasının 1 /8 finalının cavab oyunları çərçivəsində keçiriləcək  iki görüş təxirə salınıb. Stadium.Az xəbər verir ki, “Yuventus” – “Lion” və “Mançester Siti” – “Real” matçı koronavirus səbəbindən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

“Mançester Siti”nin rəsmi saytı “Real”ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb.

Hər iki oyun martın 17-də keçirilməli idi. Komandalar arasında ilk görüşdə “Mançester Siti” 2:1 (səfərdə), “Lion” isə 1:0 (evdə) hesablı qələbə qazanıb.

Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçları da eyni səbəbdən təxirə salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail