Messi: "İndi məsuliyyətli olmaq və evdə qalmaq vaxtıdır"

14.03.2020 | 3257 dəfə oxunub

"Barselona"nın futbolçusu Lionel Messi koronavirus pandemiyası ilə bağlı azarkeşlərə müraciət edib. Stadium.Az xəbər verir ki, bununla bağlı argentinalı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb:

"Hər kəs üçün çətin günlərdir. Hazırda yaşananlara görə narahatıq. Bu virusa özü, ailəsi və ya dostları yoluxan insanların yerinə özümüzü qoyaraq kömək etməyə çalışırıq. Onlar xəstəxanalarda və tibbi mərkəzlərdə virusla mübarizə aparırlar. Hamısına güclü olmaları üçün salamlarımı çatdırıram.

Sağlamlıq hər zaman öncə gəlir. Bu, xüsusi andır. Hazırda göstərilən təlimatlara uymalıyıq. Yalnız belə olacağı təqdirdə, bu problemlə effektiv mübarizə apara bilərik.

İndi məsuliyyətli olmaq və evdə qalmaq vaxtıdır. Birgə olmağa vaxt tapa bilmədiyimiz insanlarla zaman keçirmək üçün yaxşı andır. Hamını qucaqlayıram. Ümid edirəm, biz mümkün qədər vəziyyəti tez düzəldə biləcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail