İtaliya A seriyası üçün yeni təqvim

19.03.2020 | 3392 dəfə oxunub

İtaliya Futbol Federasiyası mayın 3-da bərpa olunması planlaşdırılan A Seriyası üçün yeni təqvimin tərtibinə başlayıb.

Stadium.Az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Qabriele Qravina "Football Italia" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, çempionatın başa çatması iyunun 30-na planlaşdırılıb: "Liqaların bitməsi iyulun əvvəlinə də təsadüf edə bilər. Buna görə də UEFA və FİFA ilə birlikdə ölkəmizin səlahiyyətlilərinə müraciət göndərmişik. Aydın məsələdir ki, bu zaman Avropa çempionatının seçmə mərhələ oyunlarını tamamlamaq üçün avrokubokları və beynəlxalq pəncərəni də nəzərə alacağıq".

Qravinanın sözlərinə görə, çempionat mayın 3-də başlamasa, avtomatik olaraq, bitmə vaxtı da uzanacaq: "Bu, həm də 700 milyon avro məbləğində maliyyə itkisi deməkdir. İdeal vaxt 30 iyundur. Əks halda, təcili tədbirlər görə bilərik. Variantlar arasında çempionatın 30 iyulda başa çatdırılması da var".

İtaliyada koronavirus pandemiyasına görə bütün idman tədbirləri mayın 3-dək təxirə salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail