Mark-Andre ter Ştegen "Barselona"nın təklifini qəbul etmədi

24.03.2020 | 441 dəfə oxunub

"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə üçün razılaşa bilməyib. Stadium.Az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı qolkiperə mövsüm üçün 6.5 milyon avro maaş olmaqla 2024-cü ilədək sözləşmə təklif etsə də, o, bununla razılaşmayıb.

Almaniyalı qapıçı komandada qalmaq istəsə də, klubun təklif etdiyi maaşın onu qane etmədiyi bildirilir. Ter Ştegen oyuna ondan az çıxan oyunçulara müqavilənin müddətini uzatmaq üçün daha sərfəli təklif edildiyini düşünür.

İspaniya mətbuatı "Barselona"nın Ter Ştegenə daha yüksək məbləğdə maaş vermək imkanında olmadığını, lakin klub prezidenti Jozef Bartomeunun qapıçı ilə müqaviləni uzatmaqda israrlı oduğunu yazıb.

2014-cü ildən "Barselona"da çıxış edən  Ter Ştegenin klubla sözləşməsi 2022-ci ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ