Əhmədlidən ilk, Bezotosnı rekordçu, Nəzirov 4-cü

28.03.2020 | 3466 dəfə oxunub

Koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün arxada qalan oyunlarında “Qəbələ” 5 dəfə meydanı qol buraxmadan tərk edib.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, bu qarşılaşmalardan 4-ü Azərbaycan Premyer Liqası, 1-i ölkə kubokuna təsadüf edib. “Qırmızı-qaralar” dörd ev, bir səfər görüşündə qapısını toxunulmaz saxlayıb. Qapıçılara gəlincə, Anar Nəzirov 5, Tərlan Əhmədli isə sonradan meydana çıxdığı iki matçda hesabına “quru” oyun yazıb. Bu, sonuncunun “Qəbələ”dəki ilk belə matçları olub. Ötən mövsümün qış fasiləsində komandaya qayıdan Nəzirov isə “qırmızı-qaralar”ın heyətindəki quru oyun sayını 17-yə çatdırıb. O, qapısını ilk dəfə “Qəbələ”də debüt etdiyi 2010/11 mövsümündə toxunulmaz saxlayıb. Anar 12 çempionat, 5 kubok görüşünü “quru” keçirib.

O, klub tarixində ən çox oyunda qol buraxmayan qapıçılar arasında 4-cü pillədədir. Mütləq rekord isə Dmitri Bezotosnıya məxsusdur. Ukraynalı qolkiper 73 “quru” oyun keçirib. Latviyalı Pavel Doroşevin hesabında qol buraxmadığı 42 matç var. Yerli futbolçular arasında rekord ümumi siyahıda 3-cü olan Xəyal Zeynalova məxsusdur. I dəstədə də oynamış qapıçı 25 dəfə meydanı qol buraxmadan tərk edib.

Qeyd edək ki, “Qəbələ”nin tarixində 20 qapıçı ən azı bir rəsmi matçda iştirak imkanı qazanıb. Onlardan 18-nin aktivində qol buraxmadığı oyun var. Yalnız Rəşad Mustafayevlə Cavidan Hüseynzadənin hesabında belə matç yoxdur. 

“Qəbələ”də “quru” oyun keçirən qapıçılar

1. Dmitri Bezotosnı - 73

2. Pavel Doroşev - 42

3. Xəyal Zeynalov - 25

4. Anar Nəzirov - 17

5-6. Kamran Ağayev - 10

 Dieqo Kosta - 10

7-8. Elnar Kərimov - 8

 Zurab Mamaladze - 8

9. David Pietrzkeviç - 5

10-11. Cahangir Həsənzadə - 4

 Qrem Smit - 4

12-13. Nadir Şükürov - 3

 Elvin Buruzov - 3

14-15. Andrey Pöpoviç - 2

 Tərlan Əhmədli - 2

16-18. Aqil Məmmədov - 1

 Toğrul Əhmədov - 1

 Murad Popov - 1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail