Şevçenko: "Koronavirus Çernobıl dövrünü xatırladır"

29.03.2020 | 2848 dəfə oxunub

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko koronavirus pandemiyası şəraitindəki həyat tərzi barədə danışıb.

Stadium.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis özü ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib.

Ötənlərin məşhur hücumçusu hazırda Kiyev ətrafındakı evində yaşadığını və artıq 10 gündür özünü təcrid etdiyini diqqətə çatdırıb. Onun fikrincə, yeganə çıxış yolu hökumətin qoyduğu qaydalara hörmək etməkdir: "Evdə qalmaq və həkimlərə çox vacib işi görmək imkanı yaratmaq lazımdır".

Şevçenko hazırkı vəziyyəti Çernobıl Atom Elektrik Stansiyasında qəzanın baş verdiyi dövrə bənzədib: "Həmin vaxt mənim 9 yaşım var idi".

Baş məşqçinin fikrincə, heç kim yoluxmadığını əminliklə söyləyə bilməz: "Biz küçəyə çıxmamalıyıq. Təkcə özümüzü yox, hamıdan əvvəl virusun böyük təhlükə doğuracağı insanları düşünməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail