"Bakıda vəziyyət Cənubi Afrikadakı kimi deyil"

02.04.2020 | 3496 dəfə oxunub

“Səbail”in futbolçusu Hendrik Ekşteyn açıqlama verib. Stadium.Az xəbər verir ki, “kickoff.com” a danışan 29 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə yaranan fasilədə formasını qorumaq üçün evdə məşq etdiyini bildirib:

“Bu günlərdə evə məşq edirəm, çünki çölə çıxıb futbol oynaya bilmirəm. Buna görə də, evdə məşq etmək üçün idman avadanlıqları almışam. Bu avadanlıqları ala bilməyən futbolçulara bir məsləhət verəcəm. Onlar ən azından evdə olan əşyalarla məşq edə bilərlər. Almağınız lazım olan avadanlıqları ala bilmirsizsə, formada qalmaq üçün mümkün olan bütün əşyalardan istifadə etmək məcburiyyətindəsiz. Təbii ki, bu, meydanda və ya idman salonundakı kimi olmayacaq”.

Cənubi afrikalı futbolçu, Bakıdakı vəziyyət və özü haqqında da danışıb:

“Burda tam qapalı vəziyyətdə olduğumuzu deyə bilmərik, çünki çölə çıxa bilirik. Vəziyyət Cənubi Afrikadakı kimi deyil, amma yenə də evdə qalmağın vacibliyini vurğulayırlar. Buna görə də, hər zaman evdə qalırıq, klub bizə məşq proqramı verib.

Mənim üçün hər şey yolunda gedir. Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. İstədiyim yeganə şey futbol oynamaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail