İspaniya klubları federasiyadan UEFA-ya şikayət edib

18.04.2020 | 4520 dəfə oxunub

"Valensiya" və "Xetafe" İspaniya Futbol Federasiyasından UEFA-ya şikayət edib. Stadium.Az xəbər verir ki, La Liqa təmsilçiləri federasiyanın ölkə çempionatının bərpa olunmayacağı halda Avrokubok iştirakçılarını düzgün seçməməsindən narazı qalıb.

Daha öncə "Marca" nəşri belə bir iddia yaymışdı ki, koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların Avrokuboklarda iştirak edəcəyi artıq müəyyənləşib.

İddiaya görə, cari mövsüm ləğv olunsa, UEFA Çempionlar Liqası və Avropa Liqasına vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək. Belə olan halda lider "Barselona", həmçinin "Real", "Sevilya" və "Real Sosyedad" ÇL-də, "Atletiko" və "Xetafe" isə AL-də iştirak hüququ qazanacaq. "Atletik"in də Avroliqada iştirakı ehtimalı var. Çünki bu klub "Real Sosyedad"la birgə ölkə kubokunun finalçısıdır.

Lakin "Xetafe" rəhbərliyi bu variantdan narazı qalıb. Məsələ burasındadır ki, bu klub hazırda 5-ci pillədə qərarlaşsa da, "Real Sosyedad"a yalnız vurulan qolların sayında uduzur. Hər iki komandada top fərqi və xal eynidir.

"Valensiya" isə 10-cu pillədə qərarlaşmış "Atletik"in Avroliqaya göndərilməsindən narazıdır. Bu komanda 7-ci pillədə olduğundan, bunu haqsızlıq hesab edir. Artıq "Valensiya"nın həm İFF-yə, həm də UEFA-ya etiraz məktubu ilə müraciət etdiyi də qeyd olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail