Rus ayısı Həbib Nuirməhəmmədovu vəhabi adlandırdı

20.04.2020 | 5656 dəfə oxunub

UFC 6 turnirinin çempionu – qarışıq əlbəyaxa döyüş veteranı Oleq Taktarov emosialarını saxlaya bilməyib. Stadium.Az xəbər verir ki, "Instagram”da canlı yayıma çıxan Rus ayısı ləqəbli Taktarov izləyicilərdən birinin "UFC-nin ilk rusiyalı çempionu kim olub” sualına belə cavab verib:

"Altıncı çempionatda mən qalib olmuşam. Orda başqa kim var idi ki? 1995-ci ildə baş tutan birincilikdə bütün rəqiblərimə qalib gəldim. Bu, tarixdi... İlk UFC çempionatının qalibi Roys Qreysi olubsa, 6-cıda da mən çempionluq sevinci yaşamışam. Qaydalar dəyişə bilər. Ancaq fakt faktlığında qalır. Tsumadinski rayonundan olan hansısa vəhabi (Həbib Nuirməhəmmədovu nəzərdə tutur – red.) özünü ilk rusiyalı çempion sayırsa, hamı onun dediyini təkrarlamalıdı? O, bu ifadəni cəmi bir dəfə dilinə gətirib və hər dəfə təkrarlamır. Məni niyə özümdən çıxarırsız? Sosial şəbəkələrdə yeni başlıqlar altında müzakirələr açmaq üçün? Axı hər şeyin necə olduğunu özünüz də bilirsiz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail