Miçel: "Belə bir şey oxudum, amma yalandır"

21.04.2020 | 4424 dəfə oxunub

“Sportinq Xixon" ikinci evimdir, mənə hər şeyi verib. İstədiyim və həmişə istəyəcəyim klubdur. Çox yerdə oynamışam, amma o mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madeyra “Elcomercio” nəşrinə geniş müsahibəsində deyib.

35 yaşlı yarımmüdafiəçi İspaniya klubu üçün darıxdığını bildirib: “Xixonda qalmaq istərdim, amma İngiltərə komandasına transferim hər kəs üçün yaxşı oldu. İstədiyim odur ki, "Sportinq" uzun illərdən sonra yenidən əsas liqada çıxış etsin”.

2010-cu ildə "Sportinq"dən İngiltərə "Birmingem"inə 3.3 milyon avro qarşılığında keçən ispaniyalı oyunçu bunları söyləyib: “Heç vaxt bu qədər dəyərli futbolçu olduğumu hiss etməmişəm. "Sportinq" "Birmingem-dən əldə edə bilmədiyi məbləğ istədi, ancaq İngiltərə klubunun yeni sahibi gəldi və həmin pulu verdi”.

Miçel karyerasının ən vacib məqamının 2008-ci ildə "Sportinq"in yüksəlişi olduğunu sözlərinə əlavə edib. O, həmin dövrü 2017/2018 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsində iştirakdan da üstün tutub: “Başıma gələn ən inanılmaz şeylər həmin vaxt oldu, "Real"ı məğlub etdik”.

Yarımmüdafiəçi “Sizə milliləşdirməyi və Azərbaycan yığmasında oynamağı təklif ediblərmi?” sualını bu cür cavablandırıb: “Xeyr. Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb. "Sportinq"ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram".

Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. O, 2004 - 2010-cu illərdə "Sportinq" 2010/2011 mövsümündə isə Birmingham-də çıxış edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail