UEFA və ECA razılığa gəldi: Liqalar bu tarixdə başa çatacaq

23.04.2020 | 4541 dəfə oxunub

İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa milli çempionatları iyulun 31-dək başa çatdırılmalıdır. Stadium.Az "AS" nəşrinə istinadən məlumatına görə, bununla bağlı UEFA və Avropa Klublar Assosiasiyası (ECA) arasında dünənki videokonfrans zamanı razılıq əldə olunub.

Bildirilib ki, Top-5 liqalarında mövsüm bitdikdən sonra avqustda avrokuboklar bərpa olunacaq. Qitə futbol qurumu və ECA həmçinin liqaları iyulun sonunadək yekunlaşdırmaq mümkün olmayacağı təqdirdə avqust ayının ilk istirahət günlərinin çempionat matçlarının keçirilməsi üçün istifadə oluna biləcəyi ilə bağlı razılığa gəlib.

Çempionlar Liqası və Avropa Liqası oyunlarının həftəiçi oynanılması müzakirə olunur. 1/4 final mərhələsinin qarşılaşmalarının isə bir oyunluq sistemlə təşkili nəzərdən keçirilir.

Məlumatda qeyd olunub ki, UEFA aprelin 23-də ölkə çempionatlarının yeni təqvimini və liqalar ləğv olunacağı halda növbəti mövsümdə avrokuboklara gedəcək komandaların hansı üsulla seçiləcəyini müəyyənləşdirmək üçün quruma üzv olan 55 milli assosasiya ilə növbəti dəfə videokonfrans keçirəcək.

Dünənki videokonfransda federasiyalara növbəti dəfə çempionatların başa çatdırılması tövsiyə olunub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail