Azərbaycan Premyer Liqası mayın axırı bərpa olur

24.04.2020 | 5441 dəfə oxunub

Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər.

Bu barədə  Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hər şey karantin rejiminin müddətindən asılıdır:

"Mayın 4-nü gözləyirik. Karantin götürülsə, bizim üçün heç bir problem qalmayacaq. Hətta hər turun oyunlarını eyni gündə deyil, 2 gündə keçirsək belə, vaxt kifayət edəcək. Hazırlıq müddəti ilə bağlı klublara sorğu göndərmişik. Yəqin ki, qalan bölüm öncəsi təlim-məşq toplanışı üçün komandalara 2-3 həftə vaxt veriləcək".

Şahgəldiyevin sözlərinə görə, yeni təqvimə oyunların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin də təsiri olacaq: "Azarkeşlərə icazə verilsə, matçları həftəsonuna salmağa çalışacağıq. Azarkeşsiz olsa, oyunları həftəiçi də keçirə bilərik".

Mətbuat katibi əlavə edib ki, AFFA və PFL-in məqsədi mövsümü başa çatdırmaqdır: "Rəhbərlik səviyyəsində bütün məsələləri müzakirə edirik. Klubların razılığı olmadan heç bir qərar qəbul etmək fikrində deyilik. Məqsədimiz çempionatı başa çatdırmaqdır".

Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail