Dünyanın ən çox qazanan idmançıları - SİYAHI

30.05.2020 | 4537 dəfə oxunub

“Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Stadium.Az xəbər verir ki, siyahıda ilk yeri isveçrəli tennisçi Rocer Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb.

Qeyd olunub ki, hazırda 38 yaşlı Federerin 13 müqaviləsi mövcuddur, onların hər biri idmançıya 3 milyon ABŞ dollarından 30 milyon ABŞ dollarına qədər vəsait ödəyir.

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.

Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( “Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.

İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dyurant ( 63,9 milyon ABŞ dolları), qolfçu Tayqer Vuds (62,3 milyon ABŞ dolları) və Amerika futbolunun iki nümayəndəsi Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail