"Sabah" "Qəbələ"dən 2 futbolçu transfer edir

05.06.2020 | 545 dəfə oxunub

“Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq. Stadium.Az xəbər verir ki, bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır.

Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. Onlarla müvafiq olaraq, 3 illik və 4 illik müqavilələr imzalanıb.

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Məhərrəmli ilə İnqilablı karyerasını Bakı təmsilçisində davam etdirəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində 4 matç keçirib.

Bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə