Mixael Şumaxer yenidən əməliyyat olunacaq

11.06.2020 | 5274 dəfə oxunub

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq. Stadium.Az xəbər verir ki, bu barədə daha əvvəl əfsanəvi pilotun müalicəsi ilə məşğul olan ürək cərrahı Filipp Menaşe "Contro Copertina" nəşrinə açıqlamasında bildirib.

Həkim deyib ki, Şumaxerin ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq. O bildirib ki, əsas məqsəd 51 yaşlı keçmiş pilotun sinir sistemini bərpa etməkdir.

Neyrocərrah Nikola Akkyari isə Şumaxerin əzələ atrofiyası və osteoporozdan əziyyət çəkdiyini söyləyib: "Son 20 ildə elm kök hüceyrə müalicəsində irəliyə doğru böyük addım atıb. Amma bu, hələ də insan beyni haqqında az bilməyimiz reallığını dəyişdirmir. Əməliyyatın nəticəsinin necə olacağını indidən demək çətindir".

Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail