"Neftçi" Dabonun cəzasını açıqladı

18.06.2020 | 5290 dəfə oxunub

"Neftçi" "Qarabağ"ın forması ilə görüntüsü yayılan futbolçusu Baqali Dabo haqda növbəti açıqlama yayıb. Stadium.Az xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada fransalı hücumçunun sosial şəbəkədəki davranışının ciddi şəkildə nəzarətə götürüldüyü bildirilib:

"Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

Baqali Dabonun həyat yoldaşı sosial şəbəkə hesabında oyunçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail