Ən bahalı futbolçuların siyahısında Ronaldo yoxdu - SİYAHI

22.06.2020 | 8409 dəfə oxunub

Futbolçular öz gəlirlərinə və transfer qiymətlərinə görə diqqətçəkən peşə sahibləri arasındadırlar. Bəziləri onların belə yüksək qazanc əldə etməsini və qiymətləndirilməsini ədalətsiz hesab etsələr də digərləri bu bərabərsizliyi futbolçuların öz istedadlarına görə başqalarından fərqlənmələri ilə əsaslandırırlar.

2019-cu ildə dünyanın ən bahalı futbolçularının kimlər olduğunu bilmək üçün dünyanın aparıcı auditor və konsaltinq şirkətlərindən biri olan KPMG şirkəti tərəfindən hazırlanmış siyahıya baxa bilərsiniz.

Goal.az xəbər verir ki, Top-10-da yer alan oyunçular KPMG-nin tərtib etdiyi və 12 liqadan 5000-dən çox oyunçunun yer aldığı siyahıya tranfer qiymətinə görə digərlərini arxada qoyan PSG və Fransa milli komandasının futbolçusu Killian Mbappe liderlik etmişdir. Təəccüblü olsa da "Yuventus"un ulduz oyunçusu Kriştiano Ronaldo Top-10-a daxil ola bilməmişdir. "Barselona"nın ulduzu Lionel Messi isə yalnız üçüncü yerlə kifayətlənib. Tam siyahı aşağıdakı kimidir:

1. Kilian Mbappe – PSJ-nin hücumçusu, 225 milyon avro

2. Neymar Da Silva Santos Junior – PSJ-nin hücumçusu, 185 milyon avro

3. Lionel Messi – "Barselona"nın hücumçusu, 180 milyon avro

4. Eden Hazard – "Real"ın yarımmüdafiəçisi, 152 milyon avro

5. Rahim Sterlinq – "Mançester Siti"nin yarımmüdafiəçisi, 150 milyon avro

6. Məhəmməd Salah – "Liverpul"un hücumçusu, 150 milyon avro

7. Harri Keyn – "Tottenhem"in hücumçusu, 140 milyon avro

8. Sadio Mane – "Liverpul"un hücumçusu, 130 milyon avro

9. Kevin de Bruyne – "Mançester Siti"nin yarımmüdafiəçisi, 130 milyon avro

10. Antuan Qrizmann – "Barselona"nın hücumçusu, 125 milyon avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail