Kike Setyen: "Komandamdan məmnunam"

01.07.2020 | 3025 dəfə oxunub

"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqanın XXXIII turunda "Atletiko" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra qarşılaşma barədə danışıb. Stadium.Az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Atletiko"ya qarşı oynamağın həmişə çətin olduğunu bildirib.

Setyen rəqibi intizamlı komanda adlandırıb: "Komandamdan məmnunam. Bəli, bu gün qələbə qazana bilmədik, amma oyunu yaxşı nəzarətdə saxladı. Futbolçularımın işindən məmnunam. Özümü təhlükə altında hiss etmirəm. Əlbəttə, bu, rüsvayçılıqdır, getdikcə çempionluqdan uzaqlaşırıq. Amma çalışmağa davam etməliyik".

"Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real"ın 71 xalı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə