"Braziliyada bizə anacaq pul haqda düşünməyi öyrədirlər"

10.07.2020 | 2505 dəfə oxunub

Braziliya yığmasının sabiq futbolçusu Juninyo Pernambukano PSJ-nin futbolçusu Neymarın durumu ilə bağlı danışıb.

Stadium.Az xəbər verir ki, Juninyo Neymarın PSJ-yə pula görə keçdiyini deyib.

O, vətəni Braziliyada futbolçuların düzgün tərbiyə olunmadığını da vurğulayıb: “Braziliyada bizə anacaq pul haqda düşünməyi öyrədirlər. Avropada isə mentalitet tamamilə fərqlidir.

Mən özüm üçün plan qurmuşdum. Braziliyanın daha nəhəng klublarına keçmək istəyirdim. Ancaq etiraf edim ki, bu planı sırf idman prinsipləri əsasında qurmamışdım. Məni belə öyrətmişdilər: kim daha çox pul verirsə, onun üçün oynamaq lazımdır. Bu, Braziliya yoludur.

Neymara baxın. O, PSJ-yə pula görə keçdi. Paris klubu ona istədiyi hər şeyi verdi. Amma indi isə Neymar müqavilə müddəti bitməmiş PSG-ni tərk etmək istəyir. Amma belə olmamalıdır. O, indi bütün qüvvəsini komandanın uğurlarına sərf etməlidir.

Problem ondadır ki, “Braziliyada “xəsislik mədəniyyəti” hökm sürür. Hamı həmişə daha çox pul istəyir. Bax, bizi belə tərbiyə ediblər. Bunda günahkar kimdir? Neymar, yoxsa Braziliya cəmiyyəti? Onu belə öyrədiblər. Ona görə, futbolçu Neymarla insan Neymarı fərqləndirmək lazımdır.

O, futbolçu kimi dünyanın 3 ən yaxşı oyunçusundan biridir. Amma insan kimi günahkardır. O, bu barədə özünə sual verməli və inkişaf etməlidir. Ancaq hazırda necə tərbiyə edilibsə, elə də hərəkət edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.08.2020

08.08.2020

07.08.2020

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə