Vaqif Cavadov: "Barselona"ya transferim mümkün deyil"

26.02.2012 | 10823 dəfə oxunub

Milli komandamızın və “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadov bir neçə yeni açıqlamaları ilə diqqət çəkib. Stadium.az xəbər verir ki, Cavadov deyib ki, yaxın zamanlarda yenidən legioner həyatı yaşamağı düşünmür:

"Sözün düzü, mən indi o barədə fikirləşmirəm. Çünki mənim elə bir dövrümdür ki, ailəmə və indiki vəziyyətimə görə Azərbaycanda və "Qarabağ"da qalmağı düşünürəm. Nə vaxtsa hər hansı bir kluba transfer olmağım mümkün ola bilər Amma indi elə bir fikrim yoxdur".

Cavadov ən böyük arzularından birinin Hollandiyanın "Tvente" klubuna transferi olduğunu bildirib:
"Mənim bir arzum olub, o da ki "Tvente"yə keçidimlə gerçəkləşdi. Deməzdim ki, Hollandiya klubuna transferim uğursuz oldu. Oynamamağıma gəldikdə isə bunun səbəbi başqa idi”.

Hücumçu uşaqlıq arzusunun gerçəkləşəcəyini isə mümkünsüz hesab edir:

"Mən uşaqlıqdan "Barselona"ya azarkeşlik edirəm. Ancaq əlbəttə ki, reallığa qalsa, mənim oraya transferim mümkün deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail