Dubayda millinin futbolçularından biabırçı hərəkət - FOTO

27.02.2012 | 9178 dəfə oxunub


Fevralın 21-dən (martın 1-dək) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-toplanışda olan Azərbaycan millisi nəzərdə tutulan 3 yoxlama matçından birini srağagün keçirdi. Dünya futbol xəritəsində olmayan Sinqapur millisiylə 2:2 oynayıb, sərt tənqidlərə məruz qalan yığmamızın, deyəsən, heç nə vecinə deyil.

Bunu sizə təqdim etdiyimiz fotoda görmək olar. Stadium.az xəbər verir ki, millinin əvəzedici qapıçısı Andrey Popoviçin "odnoklassniki" sosial şəbəkəsindəkki şəxsi hesabında yerləşdirdiyi bu fotonu təqdim edir.

Millinin üzvləri sanki bayram əhval-ruhiyəsində məskunlaşdıqları otelin foyesində şəkil çəkdirir, əylənirlər. Bura otelin əyləncə zalı - bardı.

Fotoda soldan sağa: Vladimir Levin ("İnter"), Branimir Subaşiç ("Xəzər Lənkəran"), Ufuk Budak ("Frayburq"), Aleksandr Çertoqanov ("Qəbələ") və Andrey Popoviçdi ("Sumqayıt").

Siz Vladimir Levinin əlində siqareti görürsüz? 
- Onun, nə vaxtdan siqareyt çəkdiyini bilmirik, ancaq siqaret əlində, şəkil çəkdirməyini gördük, göstərdik.

Bəs Subasiçin badəsində hansı içkinin olduğunu bilirsiz? 
- Bu, brendi adlı içkidi. Konyak tərkibli, alkoqol dərəcəsi 40-60 % arasında olan içki növü.

Bu arada sizə futbolçuların adlarına bir də diqqət yetirməyi məsləhət görürük.

Fotonun ümumi aurasından millinin 5 futbolçusunun yaxşı əhval ruhiyyədə olduğu aydın görünür. 
Bu fotonu Popoviç dünən - Sinqapurla bərbad oyunun səhəri gün yayınlayıb. Yəqin hal-qəziyyə o qədər xoş imiş ki, fotodakı idmançıya yaraşmayan detalların olduğunu da görməyib.

Görəsən millinin qeyri-milli oyunçuları şad-xürrəm; məğlubiyyətə brabər heç-heçəni qeyd edirlərmi?

AFFA-nın baş kativi Elxan Məmmədov hər açıqlamasında ünvanımıza ittiham səsləndirib, yazdıqlarımızla millinin inkişafını istəmədiyimizi, bu prosesə mane olduğumuzu deyir. Ancaq biz güman etmirik ki, yazdıqlarımız zərərlidi. Bunlar faktlardan ibarət məqalələrdi. 

Biabırçı faktlara izah tapmaq lazımdı.

Təəssüf, insanlar güman edir ki, problemlər həll olunacaq. Yaxud həll üçün cəhdlər var. Ancaq cəhd yoxdu, üstəlik millidəki anarxiyanın getdikcə daha da böyüməyini görürük. Artıq aydın görünür ki, pul sarıdan heç bir problemi olmayan AFFA-nın digər çox ciddi problemi var - pullarla davranış problemi. 
Gəlin sual verək: bu milli, bu AFFA, bu da futbolumuz - belə hara gedir?

P.S. Millidə daha bir neçə futbolçunun da siqaret çəkdiyi, alkoqolluiçki içdiyi bizə sirr deyil. Faktlarla göstmrək daha yaxşı olar deyə, hələ onlardan söhbət açmırıq.

Yuxarıda sözügedən fotonu sosial şəbəkədə paylaşan Andrey Popoviç:


FutbolPress.Az


  #3   Adınız: Bahadur Xizili;   E-mail: ---

27.02.2012 10:44

Affa rehberliyi buna baxib bu qudurqanlara ders vermelidi. Men
o futbolcularda gunah gormurem. Hamisinin gunahi affa
rehberliyindedi. Maraqlidir ki Elxan Memmedov Berti Foqts buna
ne cavab verecek.

  #2   Adınız: Həsən Mamanlı;   E-mail: ---

27.02.2012 10:43

Bunlar lap serefsizin yekeleriymis ki!!!!!!!!!

  #1   Adınız: Kanan Aliyev;   E-mail: [email protected]

27.02.2012 10:25

Salam

Men gunahi onlarda yox onlari yigmaya cagiranda gorurum , hamsi xarici oyunculardi bunlara ders vermeseler bundanda beterin edecekler

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail