PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"

13.08.2020 | 9865 dəfə oxunub

"Bu, gözəl gündür. Yarımfinala vəsiqə qazanmaq mentalitetimizi dəyişdirmək üçün lazım idi. Futbolçular çox yaxşı çıxış etdi, qürur duyuram".

Stadium.Az xəbər verir ki, bu fikirləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında "Atalanta"nı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

47 yaşlı funksioner bildirib ki, çoxları Paris təmsilçisinin Çempionlar Liqasına hazır olmadığını iddia edib. Klubun rəhbəri hazırda yarımfinal haqqında düşünməli olduqlarını diqqətə çatdırıb.

O, komandanın ulduz futbolçuları Neymar və Kilian Mbappenin klubdakı taleyi barədə də danışıb: "Onlar dünyanın ən yaxşı futbolçularından biridir. Həm Neymar, həm də Mbappe klubda qalacaq, PSJ-ni buraxmayacaqlar!"

PSJ UEFA Çempionlar Liqasının yarımfinalında "Leipziq" – "Atletiko" cütünün qalibi ilə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail