"Şkupi"nin baş məşqçisi: "Neftçi" təcrübəli komandadır, səhvimizi bağışlamadı"

27.08.2020 | 7271 dəfə oxunub

“Şkupi”nin baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Son 6-7 oyunun ən yaxşısını göstərdik. Birinci hissədə biz daha üstün idik. 2-3 qol epizodundan istifadə edə bilmədik. İkinci hissədə də yaxşı idik. Ancaq qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik. Futbolda belə hallar olur. "Neftçi" bizi cəzalandırdı.

- Əvəzləmələrinizin sizin ziyanınıza işlədiyini düşünmürsünüz?

- Birincisi, dəyişiklik zamanı yeni oyunçu meydana buraxmaq istəyirdik. Yeni oyuna qoşulan oyunçunun zərbələri yaxşı idi. Onun sayəsində rəqib qapısı qarşısında təhlükə yaradacağımızı düşünürdük. İkinci dəyişikliyə gəlincə, qırmızı vərəqə planımızı dəyişdi. Başqa dəyişiklik planlaşdırırdım. Amma buna vadar oldum.

- İkinci hissədə oyununuzun zəif alınmasına səbəb nə oldu? Təcrübəsizlik öz sözünü dedi?

- İkinci hissəyə də yaxşı başladıq. İlk qolu səhvdən buraxdıq. "Neftçi" təcrübəli komandadır, səhvimizi bağışlamadı. "Neftçi" kimi komanda belə epizodlarda rəqibini cəzalandırır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmədik. Çünki rəqibin güclü orta xətti var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail