Füzuli Məmmədov: "Onu əvəzləsəydim, planımız dağıla bilərdi"

27.08.2020 | 7299 dəfə oxunub

"Çətin olacağını bilirdik. Avropa Liqası tam başqa turnirdir. İlk hissədə oyunumuz alınmadı. Rəqib arxada qapanırdı".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsinə Bakıda "Şkupi"ni məğlub edərək 2-ci raunda yüksəldikləri oyundan sonra deyib.

O, Şimali Makedoniya klubu üzərində 2:1 hesablı qələbəni beləş şərh edib: "İlk yarıda istədiyimizi edə bilmədik. İkinci hissədə təzyiqi artırdıq, rəqib səhvlər etdi və qələbə qazandıq. Hər bir futbolçumuza təşəkkür edirəm. Səhvlər var, bizim işimiz bunu aradan qaldırmaqdır. Bütün "Neftçi" azarkeşlərini təbrik edirəm".

43 yaşlı mütəxəssis komandasının ilk hissədəki zəif çıxışı haqda deyib: "Rəqibin əks hücumdan oynayacağını gözləyirdik. Futbolçulara tapşırdım ki, cinahlardan hücum etməliyik. Əks hücumda bizi yaxalayırdılar. Sürətli əks hücuma çıxırdılar. Top itkiləri var idi. "Neftçi" topu saxlamaqla seçilib, amma bu dəfə belə deyildi. Bəzi oyunçular həyəcanlı ola bilər. Düşünürəm ki, bu zamanla aradan qalxacaq. Heyətimizə yeni oyunçular da qatılıb".

Məmmədov futbolçuları Anton Krivotsyuk və Stiven Monrozun zəif çıxış etməsi ilə razılaşmayıb: "Krivotsyuk tam istədiyimi etdi. Mən bu fikirlə razı deyiləm. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Monroz arxaya çəkilməyə məcbur olurdu. İkinci hissədə daha aktiv idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail