"Molde"nin baş məşqçisi: "Rəqib meydanında oynamamaq böyük üstünlükdür""

01.09.2020 | 6560 dəfə oxunub

"Oyunumuzun neytral meydanda təşkil ediləcəyinə ümidvaram. O halda biz bərabər şərtlər altında olacağıq".

Stadium.Az xəbər verir ki, bunu Norveç "Molde"sinin baş məşqçisi Erlinq Moe "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib: "İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür".

Püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin Molde rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. Qarabağ klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail