Əmrah Çəlikəl: "UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq"

03.09.2020 | 5802 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” matçının məkanı hələ də açıqlanmayıb Stadium.Az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl bu məsələ barədə açıqlama verib:

"Hələ qərar verilməyib, biz özümüz də gözləyirik. Bizim üçün də vacib məsələdir. Vəziyyətin bu həddə çatması bizim qarşı tərəflə vuruşmağımızdan qaynaqlanır. Əgər onların istəyini qəbul etsəydik, çoxdan demişdilər ki, gedin, Macarıstanda və ya başqa bir ölkədə oynayın. Məsələnin bu qədər uzanmasının yeganə səbəbi odur ki, hərtərəfli üstlərinə gedirik.

Sözsüz ki, bunda bizlik heç bir problem yoxdur. Əvvəlcədən də demişik ki, qapımız hər kəsə açıqdır və təminat da veririk. Ancaq yəqin ki, proses belədir. Qərarın yubanması onu göstərir ki, UEFA bizim haqlı olduğumuzu görür. Bizim mövqeyimiz səhv olsaydı, deyərdilər ki, başqa ölkədə oynayın.

Onlar da bir tərəfdən UEFA-ya təzyiq göstərir. “Biz əvvəlcədən də demişik ki, heç yerə getməyəcəyik” iddiasındadırlar. Bizə görə məntiqli olmasa da, öncədən deyilib. Amma bizim də başqa ölkəyə getməyimiz qəbulolunmazdır. Ona görə ki, ev sahibiyik və rəqibi qəbul etməliyik. Məsələ olduqca mürəkkəbdir, UEFA-nın mövqeyi də başadüşüləndir. Norveç tərəfi müqavimət göstərir. Qeyri-müəyyən durumun uzanmağından belə başa düşürəm ki, qərarın bizim xeyrimizə verilməsi daha real görünür.

UEFA-nın “Molde” klubunun tələbinin qəbul edilməsini, belə bir qərar gözləmirəm. Çünki matçın Azərbaycanda keçirilməsi üçün yetərincə faktlar var. Təbii ki, UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq. Əgər istəmədiyimiz qərar çıxarsa, bu, başqa ölkə klublarının da mövsümün gedişində eyni tələblə UEFA-ya müraciət etməsinə yol aça bilər. Qitə futbol qurumu bütün bunları yəqin ki, götür-qoy edir. Ancaq inanmıram ki, bizi harasa göndərsinlər. Norveç  komandası bura gəlməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail