Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
"Təəssüf ki, bu dahi insanı Azərbaycandan qaçaq salıblar"
29.02.2012 | 6874 dəfə oxunub
“Toplu Bakı” jurnalı tanınmış futbol mütəxəssisləri ilə silsilə müsahibələri davam etdirir. Stadium.az xəbər verir ki, bu dəfə jurnalın qonağı Asəf Namazov olub.
Bu il 60 illik yubileyini qeyd edən futbol veteranlarımızdan biri də Asəf Namazovdur. Karyerası ərzində “Dinamo”, “Polad” və “Neftçi”də çıxış etmiş müdafiəçinin məşqçi fəaliyyəti də rəngarəng olub. Ölkəmizdə Naxçıvanın “Araz”, “Bakılı”, Bakının “Dinamo”, “Neftçi” və “Şəmkir” klublarında işləmiş mütəxəssis ölkə xaricində də işləməyə imkan tapıb. Azsaylı legioner məşqçilərimizdən biri olan Namazovun karyerası İranla bağlı olub. Təbrizin “Maşınsazı”, Məşədin “Pəyəm” klublarında çalışmış müsahibimizi daha yaxından tanımaq üçün onunla görüşdük:
- İlk öncə bu il keçirəcəyiniz yubiley münasibəti ilə sizi ürəkdən təbrik edirik. Özünüz barədə oxucularımıza məlumat verərdiniz…
- Mən 1952-ci ildə Bakının göbəyində “Vətən” kinoteatrının arxasında doğulmuşam. Atam Böyük Vətən müharibəsi iştirakçısı, evimizin yaxınlığındakı 189 saylı məktəbdə kimya müəllimi, sonralar isə məktəbin direktoru, anam isə sadə tibb işçisi olub. Buna baxmayaraq mən həmin məktəbdə yox, 190-da oxumuşam. Məhəlləmizdə Azərbaycanın bir çox məşhur şəxsiyyətləri yaşayırdı. İş adamı İsgəndər Xəlilov, yazıçı Hüseyn Hüseynzadə mənim məhəllə uşaqlarım olub.
6 yaşımda valideynlərim yeni ev aldı və biz “Salyanski kazarma” deyilən əraziyə köçdük. Elə futbolla da ilk dəfə orada məşğul olmağa başladım. Məhəllə uşaqları ilə Yaxınlıqdakı Hərbi hissənin həyətindəki əsgərlərə evdən gətirdiyimiz çörək parçalarını verməklə onlardan top alar və oradakı stadionda futbol oynardıq. Bəzən onlar da bizə qoşulurdu. Məni “Dinamo” futbol məktəbinə isə sonralar məşhur neftçi olan Alçın Şirinzadə gətirdi. Bu 1961-ci ilə təsadüf edirdi. Burada ilk müəllimin Toğrul Hacıyev oldu. Bu məşhur futbol xadiminin üzərimdə zəhməti böyük olub. Əvvəllər topdaşıyan kimi oyun vaxtı meydançanın kənarında durardım. Bu cürə futbolçuların hansı hisslər keçirdiyini, oyunun tempini duyurduq.
- Uşaqlığınızla bağlı bizə bir xatirə danışın…
- 12 yaşım olardı, 1964-cü ilin isti yay aylarından biriydi. Həmin yay Bakıda çox isti keçirdi. Kemiş Leytnant Şmit adına zavodun meydançasında şəhərin müxtəlif yerlərindən gələn komandaların futbol oyunları olardı. “Dinamo”da məşq etdiyim uşaqlardan biri evimizə zəng edib məni həmin gün keçirilən oyuna çağırdı. Onda mən arıq, cılız bir uşaq idim. İndiki təhsil nazirliyinin binasının yerinə çatanda oradakı su kranından su içdim ki, bir az özümə gəlim. Birdən başım hərləndi və özümdən getdim. Yerə yıxılıb 10 dəqiqə huşumu itirmiş vəziyyətdə uzandım. Yanımda futbolçu yoldaşım olmasaydı mən bəlkə də, öləcəkdim. O üzümə su çiləyib məni yaxındakı ağacın altına aparmasaydı kim bilir başıma nə gələrdi. Buna baxmayaraq həmin oyunda oynadım. Hadisəni ömrümün sonuna kimi unuda bilmərəm.
- Peşəkar karyeranız “Neftçi” ilə bağlı olub. Futbolçu karyeranızı bizimlə bir daha xatırlayın…
- 1963-cü ildən etibarən 6 il müddətində “Dinamo”nun, sonra isə “Polad” və nəhayət “Neftçi”nin şərəfini qorumuşam. Karyeramın əsas hissəsi “Neftçi” ilə bağlıdır. Buradakı karyerama 1971-ci ildə ilk dəfə klubun əzəvedicilərinin heyətində meydana çıxmaqla başlamışam. Təəssüf ki, 1972-ci ildə “Neftçi” SSRİ Yüksək liqasını tərk etdi. 4 il ikinci dəstədə oynasaq da dahi məşqçi Gennadi Boqdarenko komandakı yenidən yeksək dəstəyə qaytara bildi. 1976-cı ildən 1983-cü ilə kimi SSRİ Yüksək liqasında oynadım. Qeyd edim ki arada – 1981-ci ildə Krasnodar “Kuban”ının şərəfini qorumuşam. Karyeramı isə o dövr üçün nisbətən erkən 31 yaşda bitirdim.
- Bir məşqçi kimi futbolumuzun tarixinə nəzər salaraq hansı məşqçiləri dahi sayırsınız?
- Azərbaycan futbolunda ən güclü məşqçilər Əhməd Ələsgərov və rəhmətlik Ruslan Abdullayev idi. Abdullayev 1986-cı ildə “Neftçi”nin baş məşqçisi idi. Lakin onu işləməyə qoymadılar. Komanda birinci dövrədən sonra 5-ci yerdə olsa da onu çıxartdılar. Ona sağlığında layiqincə hörmət qoymadılar. Əhməd Ələsgərov isə “Neftçi” və “Çernomorets”ə SSRİ çempionatının bürünc medallarını qazandırıb. Milli komandamızın və “Bakı”nın formalaşdırılmasında onun müstəsna xidmətləri var. Təəssüf ki, bu dahi insanı Azərbaycandan qaçaq salıblar.
- Az müddətə olsa da “Bakı”nın sələfi “Dinamo” da məşqçi kimi işləmisiniz. Əgər sirr deyilsə 3 turdan sonra ani istefanız barədə qərar nə ilə bağlı idi?
- Açığı bu barədə danışmaq istəməzdim. Rəhbərliklə aramızda fikir ayrılığı oldu, mən getmək qərarına gəldim. Buna baxmayaraq bu klub həmişə mənə doğma olub. Bu gün də Yaşar Seyidovla dostluq münasibətlərimiz davam edir. Azərbaycanda məşqçi fəaliyyətim ilk olaraq “Dinamo”da olub.
“Dinamo”nun baş məşqçisi kimi az da olsa fəaliyyətim oldu. 3 oyuna 7 xal toplamışdıq. Maraq üçün deyim ki, qapıçımız Nadir Şükürovla razılaşmışdıq ki, o hər oyunda qol buraxmasa, mən ona 50 dollar verəcəyəm. Nadir isə mən baş məşqçi işlədiyim vaxt qol buraxmadı. IV turda “Neftçi” ilə oynamalıydıq. Bir həftə öncə isə onlar Gəncədə “Kəpəz”lə oynayırdılar. Getdim həmin oyunu izlədim. Klubun prezidenti Əyyam müəllim mənə necə oynayacağımı deyəndə bu xoşuma gəlmədi. Dedi: onda udmalısan. “Neftçi”ni udduq. Lakin istefa verdim.
- “Şəmkir”lə Azərbaycan çempionatının gümüş medallarına sahib oldunuz…
- Bu komandanı 8-ci turdan sonra qəbul etdim. “Şəmkir”lə çempion da ola bilərdik.
- Məşqçi fəaliyyətinizin zirvəsi o zaman üçün hər bir yerli məşqçinin arzusu olan “Neftçi”də oldu…
- 2000-ci ilin yayında əfsanəvi məşqçi Əhməd Ələsgərov “Neftçi”dən istefa verdi. 2 ay “Neftçi”də baş məşqçi işləmişəm. Bu müddətdə 10 gün düzəməlli məşq keçə bilmədik. O vaxt AFFA prezidenti Fuad Musayevlə aramızda problemlər yaşanırdı. O mənim işləməyimə hər vasitə ilə mane olmağa çalışırdı. Həmin vaxt milli komandanın əsasını “Neftçi”nın futbolçuları təşkil edirdi. Tez-tez təlim-məşq toplanışları keçirməklə hazırlığımıza mane oldu. İyulun 10-da “Neftçi” Çempionlar Liqasının təsnifat oyununda “Hit Qoritsa” ilə oynayırdı. Biz uduzduq. Ayın 11-də isə futbolçularım yenidən millinin düşərgəsinə çağrıldı. Oyuna 2 gün qalmış uşaqları qaytardılar. Milli çempionatda “Turan”ı 5-0 udsaq da UEFAı oyununda işimin çətin olacağını bilirdim. “Hit Qoritsa” ilə oyunun 87-ci dəqiqəsinə kimi hesab 1-1 olsa da hesabı saxlaya bilmədik, uduzduq. Mən milli çempionatda uduzmadan istefa verdim.
- “Bakı” idman klubu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Azərbaycanda idmana olan dövlət səviyyəsində qayğı göz qabağındadır. Xüsusən də son zamanlar futbola olan diqqəti “Bakı”nın simasında görürük. Burada futbolçular üçün hər cür şərait yaradılıb. Xüsusən də uşaqlarımız üçün. Misal üçün qeyd edim ki, Almaniyada uşaq məşqçilərinin aylıq məvacibi peşəkar komandaların məşqçilərinkindən az deyil. Çünki, futbolun gələcəyi onlardan asılıdır. O təminatlıolmasa obyektiv ola bilməz. “Bakı”nın heyətində əla futbolçular cəmləşib. Buna baxmayaraq klublarımızın peşəkarlaşmağa ehtiyacı var. İstənilən səviyyədə uğur qazanmaq üçün əsas şərt peşəkarlıqdır. İmkan verilmir ki, o öz bacarığını tətbiq etsin. Qurban Qurbanovdan savayı bu gün uğur qazanan yeri məşqçi yoxdur. Bu futbolumuz üçün təhlükədir. Yerli məşqçilər yetişdirilməlidir. Futbolumuzun inkişafına mane olan faktorlardan biri də, gülməli səslənsə də təbiətdir. Ana təbiət bizdən inciyib. Baxın, Yevlaxda, İmişlidə, Şəmkirdə, Naxçıvanda, Qazaxda, Bərdədə, Qusarda əla stadionlar olsa da böyük futbol yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |