Ronald Kuman “Barselona” rəhbərliyindən narazıdı

25.09.2020 | 3819 dəfə oxunub

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman klubdakı durumdan narazıdır. Stadium.Az xəbər verir ki, bununla əlaqədar “Marca” qəzeti məlumat yayıb.

Mənbə bildirir ki, hollandiyalı mütəxəssis özünə münasibətdə bəzi inamsızlıqlar hiss edir. Xüsusən son vaxtlar həyara keçirilən bəzi transferlər Kumanın ürəyincə olmayıb.

Öncə mütəxəssisə vəd edilib ki, transferlərlə bağlı qərarları Kuman özü qəbul edə biləcək. Amma onlardan bəziləri məşqçinin iştirakı olmadan həyata keçirilib. Bildirilir ki, Kuman klubun prezidentinin və direktorlarının onu müdafiə etmədiyini düşünür.

Kuman bu il avqustun 19-da Kike Setyenin istefaya göndərilməsindən sonra “Barselona”nın baş məşqçisi təyin olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail