588 gündən sonra: 40-cı qol, 10-cu penal

28.09.2020 | 4662 dəfə oxunub

“Səbail”in futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 40-cı qolunu vurub. Bu, Premyer Liqanın IV turunun “Sabah”la görüşünə təsadüf edib. 2:1 hesablı qələbəyə qolla töhfə verən yarımmüdafiəçi yubiley topuna imza atıb.

Əfran həm də qolsuzluq seriyasına son qoyub. Ötən mövsüm də qol vurmayan futbolçu sonuncu dəfə 2019-cu il fevralın 16-da “Sumqayıt”ın üzvü kimi “Keşlə”nin qapısına yol tapıb. Komandasının 1:2 hesablı məğlubiyyətindən 588 gün sonra İsmayılov növbəti dəfə fərqlənib.
“Səbail”də qol hesabını açan Əfran özünün 7-ci komandası ilə Premyer Liqada fərqlənib. İlk qolunu 2008/09 mövsümündə “Turan”da vuran Əfran Tovuz təmsilçisində 2, “Qarabağ”da 22, “Bakı”da 8, “Sumqayıt” və “İnter”də (indiki “Keşlə”) 3, “Xəzər Lənkəran”da 1 qol vurub.

“Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsindən qol vuran yarımmüdafiəçi Premyer Liqada 10-cu dəfə penaltidən qol sevinci yaşayıb. O, yerinə yetirdiyi 10 zərbədə yüz faizlik dəqiqlik nümayiş etdirib.
Qeyd edək ki, Əfran ölkə çempionatları tarixinin ən məhsuldar futbolçuları sırasında 55-59-cu yerlərə şərik çıxıb. O, 40 qol vuran Mehman Allahverdiyev, Samir A. Məmmədov, Fernando Peres və Junivan Suaresə çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail