Maksim Medvedev: "Əsas odur ki, bu günlərdə çox şeyin baş verdiyini anlayırıq"

29.09.2020 | 4112 dəfə oxunub

“Sevindirici hal odur ki, zədəli olan futbolçular artıq bizimlədir və matça çıxacaqlar. “Qarabağ” həmişəki kimi, öz oyununu nümayiş etdirə biləcək”.

Bu fikirləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya”ya qarşı keçirəcəkləri matçdan öncə jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı futbolçu ağır səfərə getdiklərini bildirib: “Özümüz də başa düşürük ki, bu, bizim Avropada oynamaq üçün son şansımızdır. Ona görə əlimizdən gələni edəcəyik. Ölkədəki vəziyyət də bizə çox təsir edir. Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək”.

Təcrübəli müdafiəçi meydanda öz sözlərini demək istədiklərini vurğulayıb: “Əsas odur ki, bu günlərdə çox şeyin baş verdiyini anlayırıq. Bizim ilk missiyamız odur ki, futbolumuzu göstərək və nəticə ilə sözümüzü deyək. Lazım olsa, meydanda döyüşəcəyik. Hamı o düşüncədədir ki, həm vuruşsun, həm də gözəl futbol sərgiləsin”.

Oktyabrın 1-də oynanılacaq “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail