Dario Şimiç Bakıda - FOTO

02.03.2012 | 4007 dəfə oxunub

Dünya futbolunun tanınmış simalarından biri, futbolçu karyerası ərzində Xorvatiyanın «Dinamo» (Zaqreb), İtaliyanın «İnter» və «Milan», həmçinin Fransanın «Monako» klubunda çıxış etmiş, Xorvatiya millisinin heyətində DÇ-98-in bürünc mükafatçısı olmuş Dario Şimiçin 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə ölkəmizə səfəri başlayıb. Stadium.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Dario Şimiçlə görüşüb. Səmimi şəraitdə keçən görüşdə veteran futbolçu Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib və qarşıdan gələn dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına inandığını qeyd edib.

Görüşün sonunda Dario Şimiçə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin emblemi əks olunmuş xalça təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Dario Şimiç FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən dünya çempionatının dostu seçilib.

Martın 4-dək davam edəcək səfər müddəti ərzində D.Şimiç ölkəmizdə qadın futbolu ilə bağlı təşkil olunmuş bir sıra tədbirlərdə iştirak edəcək, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının gürcüstanlı həmyaşıdları ilə bu gün və martın 4-də keçirəcəyi yoldaşlıq oyunlarını izləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail