Unay Emeri: "Qarabağ" "Sivasspor" kimi oynayacaq"

28.10.2020 | 3815 dəfə oxunub

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

Komandasının ümumi vəziyyəti barədə danışan ispaniyalı baş məşqçi Sofian Çakla Funes Morinin tam sağaldığını söyləyib: "Onlar dünən kollektivlə birlikdə məşq ediblər. Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno isə zədəlidir. Amma tezliklə sıraya qayıdacaqlar".

Heyətdəki rotasiyalara da toxunan Emeri 4-2-3-1 taktiki sxemi ilə oynamağa davam edəcəklərini vurğulayıb: "Komanda inkişafdadır və getdikcə oyunçular bir-birilərini daha yaxşı başa düşürlər. Bəlkə də meydanın mərkəzində bir qədər çatışmazlıq var. Xüsusilə zədəlilər çox olanda bu, aşkar hiss olunur. B planımız da var. Lakin mən eyni üslubda davam etməyin tərəfdarıyam".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail