"Yuventus"un futbolçuları Pirlodan narazıdır

30.11.2020 | 3963 dəfə oxunub

İtaliyanın "Yuventus" klubunun futbolçuları ilə baş məşqçi Andrea Pirlo arasında problem yaranıb. Stadium.Az  "Corriere della Sera"ya istinadən xəbər verir ki, oyunçular 41 yaşlı mütəxəssisdən narazıdır.

İddiaya görə, italiyalı baş məşqçi onlarla taktiki gedişləri müzakirə etmir. Bu da təlimatların səhv başa düşülməsinə səbəb olur.

Taktiki məsələlərlə Pirlonun köməkçisi İqor Tüdor məşğul olur. Oyun vaxtı isə futbolçulara müvafiq tapşırıqları digər məşqçi Roberto Baronio verir.

Bəzi futbolçular baş məşqçinin bu vəzifələri başqalarına verməsindən narazıdır. Xüsusilə Deyan Kulusevski və Paulo Dibala mütəxəssisin onlardan nə istədiyini başa düşmürlər.

"Yuventus" 9 oyundan sonra 17 xalla İtaliya A Seriyasında dördüncüdür. Son çempion lider "Milan"dan 6 xal geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail