"Xəzər Lənkəran"dan son 3 mövsüm üçün yeni rekord

05.03.2012 | 4851 dəfə oxunub

Premyer Liqanın XXII turunda “Sumqayıt”ın qonağı olan “Xəzər Lənkəran”ın 3:0 hesabı ilə qalib gələrək növbəti böyük hesablı qələbəsini qazandı. Stadium.az xəbər verir ki, son 5 qarşılaşmada 3-cü dəfə darmadağına sevinən komanda tarixində 47-ci, daxili yarışlarda isə 46-cı dəfə belə uğur əldə edib. XVII turda “Kəpəz”, XVIII turda “Bakı”nı böyük hesabla yenən Cüneyt Biçerin yetirmələri cari mövsümdə kubok da nəzərə alınmaqla 5-ci dəfə rəqibini darmadağın edib. Bu isə son 3 mövsüm üçün rekord göstəricidir.
 
Ümumilikdə isə “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 35, kubokunda 11 belə qəəbə var. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 4
Cəmi - 35
 
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi – 11
 
Komandamızın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda qeydə alınıb. Həmin vaxt Litva çempionu “Kaunas” darmadağın edilib – 3:0.
 
Sumqayıtdakı oyunadək 25 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində ilk dəfə “Sumqayıt”ı da belə yenilgiyə məruz qoydu. Bununla da komandamız qarşısında aciz qalanların sayı 26-ya çatdı.
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – 1
 
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda 3-cü dəfə böyük hesablı qələbənin sevincini yaşayan Biçer bununla da sələflərindən olmuş İqor Ponomaryova çatdı.
1. Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4-5. İqor Ponomaryov – 3 (3+0)
       Cüneyt Biçer – 3 (3+0)
6. Nazim Süleymanov – 2 (0+2)
7. Viktor Pasulko – 1 (1+0)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail