Radomir Todorov 436 gündən sonra qayıtdı, Bates "Xəzər Lənkəran"da debüt etdi

05.03.2012 | 4725 dəfə oxunub


Azərbaycan Premyer Liqasının XXII turu “Xəzər Lənkəran”da ən çox oyun keçirən legioner Radomir Todorovun qayıdışı ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, “Sumqayıt”la səfər matçında meydana çıxan bolqarıstanlı müdafiəçi 436 gündən sonra yenidən “ağ-yaşıl” formada rəsmi matçın iştirakçısı oldu. “Xəzər Lənkəran”da 126-cı oyununu keçirən Radomir 125-ci matçını 2010-cu il dekabrın 23-də “Qarabağ”la ev oyununda (1:2) qeyd etmişdi.
 
Cari mövsümdə ilk dəfə meydana çıxan Todorovla yanaşı daha 1 futbolçu “Xəzər Lənkəran”da ilkə imza atdı. Lakin serbiyalı Stevan Bates ümumiyyətlə klubda debüt etdi. “Sumqayıt” ilə səfər matçında iştirak edən müdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını 143-ə çatdırdı. Bununla da 2011/12 mövsümündəki debütantlarımızın sayı 17-yə çatıb. Stevana qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev 2011-ci ildə. Sadio Tounkara, Roberto Alviz, həmçinin Rendall Brenes bu ilin ilk 2 matçında yeni komandalarında debüt etmişdilər.
 
“Xəzər Lənkəran”ın şərəfini qorumuş 143 oyunçudan 55-i yerli, 88-i əcnəbidir. 88-ci legioner kimi klub tarixinə düşən Bates 7-ci serbiyalı oldu. Onadək Milorad Koraç, Miroslav Saviç, Uroş Prediç, Marinko Petkoviç, Slaven Stankoviç, həmçinin milliləşən serbiyalı Branimir Subaşiç də komandamızda oynayıb. Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail