"Neftçi"nin yeni hücumçusu komandaya qoşuldu

16.02.2021 | 3948 dəfə oxunub

"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov artıq Bakıdadır.

Stadium.Az xəbər verir ki, bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək. Allahverdiyev bildirib ki, 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun "Qəbələ" ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.

"Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail