Dünyanın ən yaxşı qapıçıları

24.02.2021 | 3441 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Stadium.Az xəbər verir ki, araşdırma 1987-2020-ci illəri əhatə edib. Siyahının ilk pilləsində İtaliya yığmasının sabiq üzvü, Juventus-un qapıçısı Canluici Buffon yer alıb. 43 yaşlı futbolçunun aktivində 357 xal var.

İspaniya yığmasının və Real Madrid-in sabiq qapıçısı İker Kasilyas 260 xalla 2-ci sırada qərarlaşıb. Chelsea-nin keçmiş futbolçusu, Çexiya yığmasının sabiq qolkiperi Petr Çex isə 218 xalla 3-cü yeri tutub.

İFFHS 34 ildə hər mövsüm yüksək nəticə göstərən qapıçıları sıralayıb. Hər il "20-lik"də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.

Siyahının ilk 10 pilləsində yer alan qapıçılar:

1. Canluici Buffon (İtaliya) - 357

2. İker Kasilyas (İspaniya) - 260

3. Petr Çex (Çexiya) - 218

4. Edvin Van Der Sar (Niderland) - 201

5. Manuel Noyer (Almaniya) - 200

6. Peter Şmeyxel (Danimarka) - 179

7. Oliver Kan (Almaniya) - 162

8. Xose Luis Çilavert (Paraqvay) - 146

9. Valter Zenqa (İtaliya) - 132

10. Andoni Subisaretta (İspaniya) - 132



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail